Təbriz klubundan qələbə

 23:01 24.11.2021     287

“Traktor” İran çempionatında növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki  komanda 6-cı turda “Padideh”i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Qələbə qolu 83-cü dəqiqəyə təsadüf edib. Meydan sahibləri Məhəmməd Abbaszadənin qolu hesabına seviniblər. Zvonimir Soldonun yetirmələri mövsümdə ikinci dəfə qalib gəlib.

Bununla da 6 turdan sonra “Traktor”un xal hesabı 7-yə çatıb. Komanda 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Traktor” növbəti matçını noyabrın 30-da keçirəcək. Təbrizlilər “Fulad”ın qonağı olacaq.