Levandovski ilin futbolçusu seçildi - Messi 2-ci, Ronaldo 7-ci oldu

 09:23 25.11.2021     342

Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski növbəti dəfə 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Redaktor.az xəbər verir ki, 33 yaşlı hücumçu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

Təcrübəli forvard 150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.

Portuqaliya millisinin və İngiltərə "Mançester Yunayted"inin hücumçusu Kriştiano Ronaldo isə 15 xalla 7-ci ola bilib.