"Qalatasaray" Fransa klubunu məğlub edib qrupdan çıxdı

 23:48 25.11.2021     237

UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.