"“Qarabağ” çox güclü komandadır"

 00:38 26.11.2021     287

“Çox çətin rəqibə qarşı çıxış etdik. “Qarabağ” çox güclü komandadır”.

Redaktor.az xəbər verir ki, bunu Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la heç-heçə (2:2) etdikləri oyundan sonra deyib.

Norveçli mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdən sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib:

“Keyfiyyətli oyun oldu. “Qarabağ” qrup birinciliyi üçün mütləq qalib gəlməli idi. Rəqib çox təzyiq göstərdi. Buna görə oyunu müdafiədən qurduq. Bir sıra qol epizodlarımız oldu. Komandamın oyunundan razıyam”.

Vumart və Güvən reklamı Vumart Güvən