Ronaldonun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxdı - VİDEO

 21:53 27.11.2021     280

Ötən mövsüm UEFA Çempionlar Liqasında 1/8 finalında “Yuventus”un heyətində “Portu”ya qarşı oyunda uduzaraq turnirdə iştirakanı dayandıran Kriştiano Ronaldonun matçdan sonra soyunub-geyinmə otağında qeydə alınmış görüntüləri yayımlanıb.

Videoda məyus vəziyyətdə olan portuqaliyalı ulduz futbolçunun öz göz yaşlarına hakim ola bilmədiyi aydın əks olunub.

Qeyd edək ki, oyunda “Yuventus” 3:2 hesablı qələbə qazansa da, səfər qolunun üstünlüyü ilə “Portu” adını növbəti mərhələyə yazdırmışdı.