Messi imicini dəyişib

 13:19 28.11.2021     219

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi imicini dəyişib.

Redaktor.az xəbər verir ki, argentinalı hücumçu saqqalını kəsdirib. 34 yaşlı forvardın "Qızıl top" mükafatının fotosessiyası üçün xarici görünüşə əl gəzdirdiyi iddia olunur.

Daha əvvəl "El Chiringuito" və "Calciomercato" nəşrlərinin müəllifləri Yozep Pedrerol və Matte Moreno "France Football" nəşrinin təsis etdiyi mükafata məhz Messinin layiq görüldüyünü yazıblar.

Qeyd edək ki, qalibin adı noyabrın 29-da Fransanın paytaxtı Parisdə açıqlanacaq.