"Barselona" Ferran Torresi ala bilmədi

 13:36 28.11.2021     268

"Barselona" və "Mançester Siti" arasında yarımmüdafiəçi Ferran Torresin transferi ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb.

Redaktor.az “Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçini yanvarda icarəyə götürmək istəsə də, İngiltərə təmsilçisi bundan imtina edib.

"Mançester Siti" Ferranı 70 milyon avrodan aşağı qiymətə satmaq fikrində olmadığını bildirib. "Barselona"nın isə bu məbləğdə pulu olmadığı vurğulanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 1 qolun ötürməsini verib.