"Real" - "Sevilya" matçının qalibi məlum oldu

 02:37 29.11.2021     410

Futbol üzrə İspaniya La Liqasının 15-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Redaktor.az xəbər verir ki, turnir cədvəlinin lideri “Real Madrid” öz meydanında “Sevilya” komandasını qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda gərgin keçən görüşdə meydan sahibləri qalib gəlib - 2:1.

Oyunda hesabı matçın 12-ci dəqiqəsində Rafa Mir açıb. Matçın 32-ci dəqiqəsində meydan sahibləri tarazlığı bərpa ediblər. Kərim Benzema zərbəsini dəqiq yerinə yetirib.

“Real Madrid” klubuna qalibiyyət topunu isə Vinisius Junior vurub. Bu nəticədən sonra “Real Madrid” 33 xalla liderliyini davam etdirir.