"Qızıl top" Messiyə verildi - VİDEO

 00:40 30.11.2021     397

“France Football nəşrinin təsis etdiyi Qızıl top mükafatının sahibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib.

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi 7-ci dəfə "Qızıl top" mükafatına sahib olub.

Qeyd edək ki, səsvermə nəticəsində Messi 613 xalla birinci, "Bavariya"dan Robert Levandovski 580 xalla ikinci, "Çelsi"dən Jorjinyo 460 xalla üçüncü yeri tutub.

"Mançester Yunayted"dən Kriştiano Ronaldo isə 178 xalla 6-cı yerdə qərarlaşıb.

T.İSMAYIL

2