"Barselona"nın yarımmüdafiəçisi ən yaxşı qadın futbolçu seçildi

 00:23 30.11.2021     178

"Qızıl top"un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb.

Redaktor.az xəbər verir ki, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb.

27 yaşlı oyunçu həmyerlisi və komanda yoldaşı Cennifer Ermosonu, həmçinin İngiltərənin "Çelsi" klubundan Samanta Kerri geridə qoyub.