Messi bu hərəkəti ilə diqqət çəkdi

 23:27 30.11.2021     207

Ötən gün "Qızıl top" mükafatını qazanan PSJ-nin hücumçusu Lionel Messi mükafatlandırma mərasimində etdiyi hərəkəti ilə diqqət çəkib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, argentinalı hücumçu mükafatlandırıldıqdan sonra "France Football" jurnalinin nümayəndəsi Messinin ailəsi ilə şəklinə müdaxilə edib.

O, Messinin həyat yoldaşı Rakkuzo Antonelanın kənara çəkilməsini istəyib. Ancaq Messi buna razı olmayıb. 34 yaşlı oyunçu həyat yoldaşının yanından ayrılmamasını və birlikdə şəkil çəkilməsinə işarə edib. Bundan sonra Antonela Messi və uşaqlarının yanında qalıb və fotoqraf onların birgə şəklini çəkib.