Türkiyəli azarkeşlərdən etiraz: "Mahir kimdir?" 

 10:32 02.12.2021     349

UEFA Avropa Liqasının sosial şəbəkə səhifələrində maraqlı sorğu keçirilib.

Redaktor.az xəbər verir ki, sorğuda Azərbaycan millisinin və Polşa "Legiya"sının hücumçusu Mahir Emreli ilə Türkiyə yığmasının və "Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Aktürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə "Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?" sözləri yazılıb. Lakin bu müqayisə azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. 

Buna etiraz türk tərəfdarlar Keremin Mahirdən qat-qat güclü olduğunu yazıblar.

Şərh bölməsində, "Mahir hara, Kərəm hara?", "Bu nə bənzətmədir?", "Mahir kimdir? O, Kərəmin fanatıdır" kimi etiraz xarakterli rəylər qeyd olunub. 

Ancaq rəylər arasında hər iki futbolçunun çıxışını bəyəndiklərini vurğulayanlar da olub.