DÇ-2022-ni Azərbaycanda bu kanal yayımlayacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2022-ci ildə İngiltərə premyer liqasının 2021/2022-ci mövsümünün rəsmi yayım hüququna yiyələnib.
Redaktor.az-ın məlumatına görə, bu barədə İctimai TV-nin İdman şöbəsinin müdiri Kənan Hakimov məlumat verib.
K.Hakimov həmçinin əlavə edib ki, növbəti il üçün İTV-də yayımlanacaq digər turnirlər isə futzal üzrə Avropa çempionatının final mərhələsi və Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsi olacaq.