“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - FOTO

 00:47 27.12.2021     116

İngiltərənin “Mançester Yunayted”" klubu İnstaqramdakı paylaşımında erməni futbolçu Henrik Mixitaryanın yerinə azərbaycanlıya aid profili işarələyib.

Redaktor.az xəbər verir ki, qısa müddətdən sonra texniki səhv aradan qaldırılıb.

Belə ki, “Mançester Yunayted” – “Arsenal” matçından görüntü paylaşan klubun sosial şəbəkə idarəçisi erməni futbolçu ilə bağlı paylaşıma “micki_taryan” əvəzinə, azərbaycanlı istifadəçiyə məxsus olan "micki_tarayan" profilini işarələyib.

Qeyd edək ki, H.Mxitaryan hazırda İtaliyanın “Roma” klubunun üzvüdür, o, bundan əvvəl “Arsenal”ın futbolçusu olub (qafqazinfo).