"Real"ın bu futbolçularında koronavirus aşkarlandı

 00:17 30.12.2021     114

"Real Madrid"in əsas komandasının 4 futbolçusu koronavirusa yoluxub.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Valverde və Eduardo Kamavinqa və hücumçu Vinisius Juniorun koronavirus testi müsbət çıxıb.

Daha əvvəl “Barselona”nın 7, “Valensiya”nın 4 futbolçusunun COVID-19-a yoluxduğu məlum olub.