"Barselona"da yoluxan futbolçuların sayı daha da rtdı

 14:07 31.12.2021     140

"Barselona”da daha üç futbolçunun koronavirus testi müsbət çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serjinyo Dest, Filippe Koutinyo və Ez Abdenin virusa yoluxduğu məlum olub. Onların ev şəraitində karantinə alındığı bildirilib.

Bununla da “Barselona”da koronavirusa yoluxanların sayı 10-a çatıb. Daha öncə Kleman Lanqle, Dani Alveş, Jordi Alba, Alexandro Balde, Osman Dembele, Samuel Umtiti və Qavinin COVİD-19 testinin pozitiv çıxdığı açıqlanmışdı. Adıçəkilən oyunçular yanvarın 2-də La Liqada “Malyorka” ilə oyunda iştirak etməyəcəklər.