"Barselona" 17 yaşlı futbolçu alır

 17:17 31.12.2021     335

"Barselona" qış tranafer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Kataloniya klubu “Ayntraxt”dan (Frankfurt) futbolçusu Fabio Blanko ilə razılaşıb. La Liqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçi  ilə 2,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Blanko bu mövsüm 8 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.