Mourinyo stadiona buraxılmayacaq

 15:03 31.12.2021     141

İtaliya hökuməti 2022-ci ilin yanvarından başlayaraq idman və digər mədəni-kütləvi tədbirlərə yalnız "yaşıl" anti-COVİD sertifikatı olan şəxsləri buraxacaq.

Bu sertifikatı almaq üçün ya tam vaksinasiyadan keçməli, ya da COVİD-19 xəstəliyindən sağalmalısan (bu, həmin şəxsi 105 gün vaksinasiyadan azad edir).

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, yeni qayda "Roma"nın baş məşqçisi Joze Mourinyoya problem yaradacaq. Portuqaliyalı mütəxəssis nə peyvənd olunub, nə də koronavirusa yoluxub. Bu səbəbdən onun stadiona girişinə qadağa qoyulacaq.

Hazırda "Roma"nın hüquqşünasları Mourinyoya güzəşt olunması üçün iş aparırlar.