Qvardiola öz rekordunu yenilədi

 14:48 31.12.2021     302

İngiltərə Premyer Liqasının 20-ci turunda "Brentford"la səfər oyunu (1:0) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Redaktor.az xəbər verir ki, ispaniyalı mütəxəssisin komandası 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb. Beləliklə, Qvardiola İngiltərə çempionatında bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib. 

Qeyd edək ki, "Mançester Siti" hazırda 50 xalla Premyer Liqada vahid liderdir.

Vumart və Güvən reklamı Vumart Güvən