"Barselona" İngiltərə klubunun futbolçusunu istəyir

"Barselona" "Çelsi"nin futbolçusu Andreas Kristenseni transfer etmək üçün israrlıdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Kataloniya klubu 25 yaşlı müdafiəçi üçün London təmsilçisi ilə danışıqlara davam edir. Kristensen də "Çelsi" ilə sözləşməni uzatmaq niyyətində deyil. Ona görə də oyunçunun "Barselona" ilə tezliklə razılığa gələcəyi gözlənilir.
Qeyd edək ki, Kristensen bu mövsüm 19 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.