"Qalatasaray" Muslera ilə yollarını ayırır

 16:55 01.01.2022     342

Türkiyə "Qalatasaray"ı qapıçısı və kapitanı Fernando Muslera ilə yollarını ayırır.

Redaktor.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb uruqvaylı qolkiperin tez-tez zədələnməsidir.

Klub rəhbərliyi cari mövsümü vaxtından əvvəl başa vurmuş 36 yaşlı oyunçu ilə müqaviləni pozmağa qərar verib.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Onun İstanbul təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Vumart və Güvən reklamı Vumart Güvən