2022-ci ilin ilk qolunu o vurdu

Avropanın milli çempionatlarında 2022-ci ilin ilk qolu vurulub.
Redaktor.az xəbər verir ki, "Arsenal"ın futbolçusu Bukayo Saka bu əlamətar qola imza atıb.
Gənc hücumçu İngiltərə Premyer Liqasının 21-ci turunda hazırda "Mançester Siti" ilə keçirilən oyunda fərqlənib. O, matçın 31-ci dəqiqəsində hesabı açıb.
Qeyd edək ki, bu matçda "Arsenal" rəqibinə 1:2 hesabı ilə uduzub.