"Bunu hamınıza arzulayıram" - Messi

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi yeni ilə həsr olunmuş paylaşım edib.
Redaktor.az xəbər verir ki, o, özünün instaqram hesabında yazıb: “2021-ci ildə yaşadığım hər şeyə görə sizə yalnız təşəkkür edə bilərəm. Xüsusilə heç bir şəkildə bitməyən bu dəhşətli virus səbəbindən bir çox insanın xəstə olduğu dönəmdir. Ümid edirəm ki, 2022-ci il çoxlu sağlamlıq gətirəcək. Bunu hamınıza arzulayıram. Hər kəsi qucaqlayıram”.
Qeyd edək ki, Messi 2021-ci ilin noyabrında karyerasında 7-də dəfə “Qızıl top”u qazanıb. O, 2021-ci ilin avqustunda "Barselona"dan PSJ-yə keçib. 34 yaşlı oyunçu Argentina millisinin ilə Amerika Kuboku - 2021-in qalibi olub.