Baş məşqçi koronavirusa yoluxdu

“Liverpul”un baş məşqçisi Yurgen Kloppda koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Almaniyalı mütəxəssisin sonuncu COVİD-19 testinin pozitiv çıxdığı bildirilir. Buna görə də o, sabah “Çelsi” ilə keçiriləcək Premyer Liqa matçında texniki zonada yer ala bilməyəcək.