"Bavariya"nın 4 futbolçusu yoluxdu

 22:56 01.01.2022     156

Almaniyanın "Bavariya" klubunun dörd futbolçusu koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, yoluxanlar arasında qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korentin Tolisso da var. Həmçinin baş məşqçinin köməkçisi Dino Toppmöllerdə də infeksiya aşkarlanıb.

Qeyd olunub ki, yoluxan şəxslər özlərini yaxşı hiss edir və evdə təcrid olunublar.