PSJ-nin 4 futbolçusu koronavirusa yoluxdu

Fransanın PSJ klubunda 5 nəfər koronavirusa yoluxub.
Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqlərin bərpasından əvvəl 4 futbolçu və bir işçinin testi müsbət nəticələnib.
Adları açıqlanmayan şəxslər karantinə alınıb.
Qeyd edə ki, PSJ Liqa 1-də 19 turdan sonra 46 xalla liderdir. Komanda yanvarın 9-da "Lion"un qonağı olacaq.