Messi koronavirusa yoluxdu

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Messiylə yanaşı PSJ-nin daha üç futbolçusu koronavirusa yoluxub.
Bunlar Xuan Bernat, Serxio Riko və Natan Bitumazaladır.
Klubdan yayılan məlumata görə, bütün oyunçular özünü təcrid edib və mövcud protokolun tələblərinə əməl edirlər.