Messi Liqa1-in dördüncüsü oldu

 10:37 03.01.2022     154

Fransa Liqa1-in 2021-ci il üçün ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

Redaktor.az xəbər verir ki, “Get French Football News”un tərtib etdiyi reytinq cədvəlinə Seko Fofana başçılıq edir.

“Lans”ın futbolçusu çempionatın ən yaxşısıdır. PSJ-nin ulduzu Kilian Mbappe ikinci, “Lion”lu Lukas Paketa üçüncüdür.

PSJ-nin ulduzu Lionel Messi 4-cü yerlə kifayətlənib. Onun komanda yoldaşı Neymar yalnız 24-cüdür.

1. Seko Fofana (“Lans”)
2. Kilian Mbappe (PSJ)
3. Lukas Paketa (“Lion”)
4. Lionel Messi (PSJ)
5. Benjamin Andre (“Lill”)
6. Teji Savanye (“Monpelye”)
7. Dimitri Payet (“Marsel”)
8. Canluici Donnarumma (PSJ)
9. Markinyos (PSJ)
10. Conatan Devid (“Lill”)

(apa)