Salah və Manedən rekord

 17:27 03.01.2022     428

"Liverpul"un futbolçuları Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasında rekorda imza atıblar.

Redaktor.az xəbər verir ki, afrikalı oyunçuların rekordu Premyer Liqanın 21-ci turunda "Çelsi" ilə keçirilən görüşdə (2:2) qeydə alınıb.

Salah və Mane bu görüşdə hərəyə bir dəfə fərqlənməklə Premyer Liqada 29 fərqli matçda birlikdə qol vuran ilk ikili olub.

Bundan əvvəlki rekord 1964-1972 illərdə "Mançester "Yunayted"də 28 matçda qol vuran Bobbi Çarlton - George Best ikilisinə aid idi.