"Futbol dünyası hazır olsun, "Barselona" geri qayıdır"

 00:04 04.01.2022     436

"Barselona"nın prezidenti Xoan Laporta iddialı açıqlama verib.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, klub rəhbəri yaxın zamanlarda Kataloniya təmsilçisinin əvvəlki əzəmətini geri qaytaracağını deyib.

"Futbol dünyası hazır olsun. Yaxın zamanlarda "Barselona"nın yenidən doğulduğunu görəcəyik. Komanda yenidən transfer bazarında lider olacaq. Bunu Ferranın burada olması da tədsiqləyir. Biz geri qayıdırıq", - deyə klub prezidenti bildirib.