"Mançester Yunayted" 42 il sonra bu komandaya uduzdu

 00:26 04.01.2022     375

İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” öz meydanında “Vulverhempton”la qarşılaşıb.

Redaktor.az xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Vulverhempton”un qələbə qolunu 85-ci dəqiqədə Moutinyo vurub.

Qeyd edək ki, "Vulverhempton” “Old Trafford” stadionunda sonuncu qələbəsini 1980-ci ildə qazanmışdı.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən