Mahir Emrelinin komandasının rəqibləri bəlli oldu

 13:49 04.01.2022     155

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub

Redaktor.az xəbər verir ki, Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.

“Legiya”nın BƏƏ-dəki toplanışına yanvarın 22-də yekun vurulacaq. Komanda bundan sonra Polşada daha iki yoxlama oyunu keçirəcək. “Legiya”nın rəqibləri “Tıxı” (28 yanvar) və “Radomyak” (29 yanvar) olacaq.