Nazirliyin sabiq əməkdaşına federasiyada vəzifə verildi

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.
Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.
Qeyd edək ki, Rəşad İbrahimov Kənd Təsərrüfatı Nazirliyində multimedia meneceri vəzifələrində çalışıb.