Messi koronavirusdan sağaldı

 23:59 05.01.2022     146

Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi koronavirusdan sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 35 yaşlı hücumçudan götürülmüş son analizin nəticəsi mənfi çıxıb və o, tezliklə komanda ilə məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, PSJ yanvarın 2-də Lionel Messidə koronavirus aşkarlandığını açıqlayıb.