"Qarabağ" portuqaliyalı futbolçu ilə danışıqlar aparır

 23:01 06.01.2022     158

"Qarabağ" Bolqarıstanın "Çerno More" klubunda çıxış edən portuqaliyalı futbolçu Leandro Andradeni transfer etmək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə  Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat paylaşıb.

O, qeyd edib ki,  23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə danışıqlar davam edir: "Bu, maraq dairəmizdə olan futbolçulardan biridir. Lakin Andradenin klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Müsbət nəticlənərsə bu barədə rəsmi məlumat verəcəyik".

Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin yayından "Çerno More"də oynayan gənc vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.