"Çempionlar Liqasında qalib gəlmək istəyirik"

 00:02 07.01.2022     319

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkləri oyunlar barədə danışıb. 

Redaktor.az xəbər verir ki, 23 yaşlı hücumçu CNN-ə açıqlamasında deyib: 

"Biz hazır olmalıyıq. Vaxt gəldi. Bu, mövsümün ən vacib hissəsidir. Təbii ki, biz irəliyə doğru addım atmaq istəyirik. Finala, yarımfinala yüksəlməyimizdən iki il keçir. Amma indi qalib gəlmək istəyirik". 

Vumart və Güvən reklamı Vumart Güvən