"Milan" - "Roma" matçında 4 qol vuruldu

 00:16 07.01.2022     134

İtaliya A Seriyasının XX tur mərkəzi oyununda "Milan" və "Roma" komandaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, "San Siro" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 8-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə yerli komandadan Olivye Jiru açıb. 17-ci dəqiqədə Junior Messias "Milan"ın üstünlüyünü möhkəmlədib. 40-cı dəqiqədə Temmi Abraham fərqi azaltsa da, 82-ci dəqiqədə Rafael Leau nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xalını 45-ə çatdıran Stefano Piolinin komandası lider "İnter"dən 1 xal geri qalıb. Lakin Simeone İnzaginin baş məşqçi olduğu kollektivin ehtiyatda bir oyunu var.