"Barselona" Koutinyonu icarəyə verdi

 13:41 07.01.2022     306

İspaniyanın "Barselona" klubu futbolçusu Filippe Koutinyonu icarəyə verib.

Redaktor.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək İngiltərə "Aston Villa"sında çıxış edəcək.

Premyer Liqa təmsilçisi mövsümün sonunda braziliyalı oyunçunu satın almaq hüququna malikdir.

Xatırladaq ki, Filippe Koutinyo 2018-ci ildən "Barselona"da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən