Ağırlıqqaldırma üzrə olimpiya çempionu VƏFAT ETDİ

 16:41 08.01.2022     105

Keçmiş SSRİ-nin ağırlıqqaldırma üzrə olimpiya çempionu Viktor Mazin vəfat edib.

Redaktor.az-ın məlumatına görə, tanınmış idmançı 67 yaşında ikən dünyasını dəyişib.

Viktor Mazin 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, təkanla qaldırmada dünya, iki hərəkətin cəmində olimpiya rekordu müəyyənləşdirib. Mazin həm də SSRİ çempionu olub.