“Barselona”dan yeni transfer

 20:44 08.01.2022     345

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Fabio Blanko Qomes “Barselona”ya transfer olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onun Kataloniya klubu ilə müqavilə imzaladığı bildirilib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Qomes 2021-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən