İtaliya çempionatının oyunlarında azarkeş sayı azaldılacaq - SƏBƏB

 13:33 09.01.2022     282

Futbol üzrə İtaliya A Seriyasının oyunlarına 5 000-dən çox tamaşaçı buraxılmayacaq.

Redaktor.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar qəbul olunub. Məhdudiyyətlər 15 yanvar - 5 fevralda keçiriləcək qarşılaşmalara şamil olunub.

Bu müddət ərzində azarkeşlərin bir şəhərdən digərinə hərəkət etməməsi üçün qonaq sektorlara bilet satılmayacaq.

Qeyd edək ki, hazırda İtaliya A Seriyasının matçları zamanı stadionların 50 faizinin doldurulmasına icazə verilir.