PSJ yeni baş məşqçi ilə anlaşdı

 18:27 09.01.2022     129

Fransanın PSJ klubunun yeni baş məşqçisi Zinəddin Zidan olacaq.

Redaktor.az xəbər verir ki, Paris təmsilçisi 50 yaşlı mütəxəssislə anlaşıb. Tərəflər artıq şəxsi müqavilə detallarında razılğa gəliblər.

Zidan cari mövsümün sonunda komandanın sükanı arxasına keçəcək. Fransalı mütəxəssis bu vəzifədə hazırkı baş məşqçi Maurisio Poçettinonu əvəzləyəcək.

Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından klubsuzdur. Onun son iş yeri İspaniya "Real Madrid"i olub.