“Milan” liderliyə yüksəldi

 19:10 09.01.2022     328

Bu gün futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib.

Redaktor.az xəbər verir ki, “Penco” stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3.

“Rossonyeri”nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.

Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən “İnter” 46 xalla ikinci yerdədir. “Venesiya” isə 17 xalla on altıncı yerdə qərarlaşıb.

Turun digər görüşləri gün ərzində keçiriləcək.