"Barselona" bu futbolçu ilə müqaviləni uzatdı

 15:58 10.01.2022     269

“Barselona” futbolçusu Samuel Umtiti ilə müqaviləni uzadıb.

Redaktor.az xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

28 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Fransalı futbolçu maaşının azaldılmasına razılıq verdikdən sonra anlaşma əldə olunub.

Qeyd edək ki, Umtiti 2016-cı ildən “Barselona”da oynayır.