Mahir Emreli "Legiya" klubunu məhkəməyə verdi

 19:27 10.01.2022     331

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu "Legiya"nı məhkəməyə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Varşava təmilçisinin 25 yaşlı hücumçuya olan borcudur.

Xəbərdə bildirilib ki, M.Emreli həm də klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.

Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən