Kamran Ağayev karyerasını bitirir

 22:17 10.01.2022     119

Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirir.

Redaktpr.az xəbər verir ki, bir ay sonra 36 yaşını qeyd edəcək Ağayev çıxış etdiyi “Səbail” klubu ilə yollarını ayırıb. Buna səbəb olaraq onun özünü məşqçi kimi sınamaq istəyi göstərilir. Belə ki, AFFA-dan millinin sabiq qolkiperinə aşağı yaş qrupları üzrə yığmalardan birində qapıçılarla iş üzrə məşqçi işi təklif olunub. O da bu təklifi qəbul edib.

Klubun mətbuat katibi Mehriban Mürsəlova isə Kamranın klub rəhbərliyi ilə bu gün görüşəcəyini və bundan sonra qərarın açıqlanacağını bildirib.

Qeyd edək ki, Kamran Ağayev peşəkar idman karyerası ilə yanaşı, güclü yumor hissi və meyxana deməsi ilə də məşhurlaşıb (oxu.az).