"Qalatasaray"ın yeni baş məşqçisi məlum oldu

 20:09 11.01.2022     507

Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.

Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.