Braziliyalı futbolçu Bundesliqanı "Qəbələ"yə dəyişdi

 23:50 11.01.2022     323

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avstriya Bundesliqasında çıxış edən “Admira Mödlinq” klubunun futbolçusu Patrik (tam adı Patrik Robson de Souza Montero) Azərbaycan Premyer Liqasında top qovacaq.

23 yaşlı braziliyalı hücumçu “Qəbələ”də icarə əsasında 1,5 il oynayacaq.

Qeyd edək ki, o, Avstriya klubunda 8 oyun keçirərək bir qola və bir məhsuldar ötürməyə imza atıb.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira Mödlinq”ə keçib.