Fatih Terim "Qalatasaray"dan birdəfəlik gedib - FOTO

 23:01 13.01.2022     325

Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis özünün tviter hesabında paylaşım edib.

İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.

O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.

Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib.

2