FIFA-dan "Qarabağ"ın rəqibinə transfer qadağası

 17:16 15.01.2022     347

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransa "Marsel"ini cəzalandırıb.

Redaktor.az xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə "Uotford"undan "Marsel"ə keçib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən